четверг, 3 апреля 2014 г.

Modul 12





Salamlar )))))))))))))) Bu gün təlimizin son günüdür. Çox həyəcanlıyıq qrşıda bizi həm imtahan həm də işlərimizin təqdimatı gözləyir.





 Saat 17: 30 dur. Artıq həyacan geridə qaldı. Layihəm  təlimçilərimiz və təlim iştirakçıları olan  müəllim yoldaşlarımın çox xoşuna gəldi))))))
Ümumiyyətlə bütün təlimdə iştirak edən müəllimlərin layihələri olduqca çox maraqlı idi))))))))
Təlimin bitdiyinə görə çox üzülürəm ((((( Çox darıxacam ((((
Təlimçilərimizə Zeynəb müəllimə və Lalə müəllimə dərin təşəkkürümü bildirirəm!
Səbirsizliklə imtahanın nəticələrini gözləyəcəyik.Ümüd edirəm nəticəmiz yüksək olar.



 Yeni təlimlərdə yeni layihələrdə görüşmək ümüdü ilə hələlik!
ALLAH amanında!
Hörmətlə Əfsanə müəllimə
P.S bloqumu izləyən bütün insanlara təşəkkürümü bildirirəm!



вторник, 1 апреля 2014 г.

Modul 11



 Hamıya salamlar . Bu gün çox məsuliyyətli bir gündür hamımız üçün çünki sabah imtahandı artıq sabah işlərimizin təqdimatıdır!

Bu gün biz fasilitasiya sənədlərinin nümunələri ilə tanış olduq,   fasiltasiya resursunun planlaşdırılması həmçinin  fasilitasiya və texnologiyalardan istifadə, portfolioda qiymət -fasilitasiya qovlugunu  yerləşdirmək və üzərində işləmək,
həyata keçmə planı ,portfolio planlar papakasinin yerləşdirmək ,  portfolio uzərində işin yekunlaşması tapşırıqlarını yerinə yetirdik.

Refleksiya etdik. Şagird bloqunda  işlərimizi yekunlaşdırırıq.


 Bu günlük işimizi yekunlaşdırdıq.



Tariximizi unutmayaq!

KƏLBƏCƏR


 İŞĞAL  TARİXİ - 2 - 4 APREL 1993-CÜ İL



Kəlbəcər Şəhəri, Istisu Qəsəbəsi, Ləmbəran Ərazisi, Zəylik, Zar, Mollabayramlı, Zivel, Çıraq, Şurtan, Qaraçanlı, Keştək, Yellicə, Dalqılınclı, Şaplar, Aşağı Ayrım, Daşbulaq, Milli, Hacıkənd, Çaykənd, İstibulaq, Qılınclı, Nadirxanlı, Sarıdaş, Başlıbel, Taxtabaşı, Tirkeşəvənd, Əsrik, Zülfüqarlı, Abdullauşağı, Almalıq, Ağcakənd, Mərcimək, Comərd, Dəmirçidam, Seyidlər, Lev, Təkəqaya, Susuzluq, Çəpli, Qamışlı, Yanşaq, Ağdaban, Bağlıpəyə, Çərəktar, Narınclar, Kərəmli, Günəşli.

1998-ci ildən başlayan elan olunmamış müharibədə Kəlbəcər camaatı qeyrətlə vuruşaraq təpədən dırnağacan silahlanmış və havadarlarına arxalanan erməniləri torpaqlarına yaxın qoymadılar. Bir faktı qeyd edək ki, Kəlbəcərin Ağdaban kəndinin qadınları 1991-ci ildə 11 nəfər silahlı erməni quldurunu tərksilah edib, əsir götürmüşdü. Təəssüf ki, belə şücaətlərə baxmayaraq, yerli adamlar respublika rəhbərliyi tərəfindən heç bir kömək, qayğı görmədilər. İşğala qədər kəlbəcərlilər min əzab-əziyyət çəkdilər, sarsıntılı, səksəkəli günlər yaşadılar. 1992-ci ilin aprelin 8-də Ağdaban kəndi ermənilərin amansız hücumlarına dözə bilmədi, işğal olundu. 39 nəfər kənd sakini qəddarcasına öldürüldü, 5 nəfər girov götürüldü, 100-dən artıq ev yandırıldı. Respublika rəhbərliyindən qayğı görməyən ərazi bir ucdan boşalırdı. Düşmənlərimiz isə fürsəti əldən vermir, əsaslı müqavimətə rast gəlmədikləri üçün günbəgün irəliləyirdilər. 1993-cü ilin mart ayı bu bölgəyə qara gəldi. Düşmənlər strateji əhəmiyyətli bir neçə yüksəkliyi tutdular. Təkəqaya, Zağalar, Çıraq kəndlərinə soxulub evlərə od vurub, dinc əhalini diri-diri yandırdılar. Ən əhəmiyyətli Keçiliqaya yüksəkliyinə sahib çıxdılar. Aprelin 2-də Kəlbəcər artıq erməni quldurlarının əlində idi.


İşğal nəticəsində Kəlbəcərdə: 511 nəfər şəhid oldu, 231 nəfər itkin düşdü, 100-lərlə adam şikəst oldu. 130 yaşayış məntəqəsi, dünya şöhrətli, “İstisu” sanatoriyası, 500-dən artıq sənaye, tikinti, məişət, ticarət obyekti, 172 mədəniyyət obyekti, 96 ümumtəhsil məktəbi, 76 səhiyyə obyekti, 1 muzey darmadağın edildi. 100 min baş qaramal, 500 min baş qoyun-quzu, 100-lərlə maşın, texnika, avadanlıq talan olundu.
1933-cü ilin qiymətləri ilə Kəlbəcərə azı 761 mln. ABŞ dolları dəyərində ziyan dəydi. Mənəvi ziyanlar isə heç deyiləsi deyil. Kəlbəcər faciəsi Ağdamın, Füzulinin, Qubadlının, Cəbrayılın işğalına yol açdı. Bu artıq Qarabağın iflası demək idi.
Hazırda Kəlbəcər rayonunda olan məcburi köçkünlər Bakı, Sumqayıt, Gəncə və Azərbaycanın 44 rayon və şəhərində məskunlaşmışlar. Onlardan 116 ailə çadırda, 8988 ailə ictimai binalarda, məktəblərdə, 351 ailə yol kənarında və humanitar təşkilatlar tərəfindən tikilmiş müvəqqəti yaşayış yerlərində yerləşdirilmişdir. Kəlbəcər rayonunda erməni təcavüzü nəticəsində 24279 uşaq zərər çəkmiş, onlardan 734 nəfəri yetim qalmışdır.












понедельник, 31 марта 2014 г.

Modul 10






              Salamlar))))))))  Yeni günümüzdə hamınızı xoş gördük)))))))))


    Bu gün biz müəllim strategiyalarından söhbət açdıq. Tədris mühitinin istiqamətini seçərək  öz layihəmizə tədbiq etmək barəsində danışıqlar apardıq. Cütlüklərlə işlədik. Şagird bloqunu müzakirə etdik, diferensasiya qovluğunda bütün öyrənilənlər üçün qovluğu işlədik. Şagirdlərin özünü qiymətləndirməsini təmin etmək üçün nümunələr hazırladıq.
 Layihədə bəzi dəyişikliklər apardım.Şagird bloqunu analiz və sintez edərək müəyyən nəticələrə gəldim.
 Bu günlük bu qədər.
Həmçinin qeyd etməliyik ki, 31 Mart Azərbaycanlılarının soyqırım günüdür!

1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.

"Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin qəsbkar torpaq iddialarını pərdələmişlər. 1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər.





Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.





Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirmişdir. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin təhqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.

Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947- ci il "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" xüsusi qərarına və bunun əsasında, 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail oldular.

Erməni millətçiləri öz havadarlarının köməyi ilə 50-ci illərdən etibarən Azərbaycan xalqına qarşı kəskin mənəvi təcavüz kampaniyasına başladılar. Keçmiş sovet məkanında müntəzəm şəkildə yayılan kitab, jurnal və qəzetlərdə milli mədəniyyətimizin, klassik irsimizin, memarlıq abidələrimizin ən nəfis nümunələrinin guya erməni xalqına mənsub olduğunu sübut etməyə çalışırdılar. Eyni zamanda onlar tərəfindən bütün dünyada azərbaycanlıların mənfi obrazını formalaşdırınaq cəhdləri də güclənirdi. "Yazıq, məzlum erməni xalq"ının surətini yaradaraq əsrin əvvəlində regionda baş verən hadisələr şüurlu surətdə təhrif olunur, azərbaycanlılara qarşı soyqırım törədənlər soyqırım qurbanları kimi qələmə verilirdi.

Əsrin əvvəlində əksər əhalisi azərbaycanlı olan İrəvan şəhərindən və Ermənistan SSR-in digər bölgələrindən soydaşlarımız təqiblərə məruz qalaraq kütləvi surətdə qovulur. Azərbaycanlıların hüquqları ermənilər tərəfindən kobudcasına pozulur, ana dilində təhsil almasına əngəllər törədilir, onlara qarşı repressiyalar həyata keçirilir. Azərbaycan kəndlərinin tarixi adları dəyişdirilir, toponimika tarixində misli görünməyən qədim toponimlərin müasir adlarla əvəzolunma prosesi baş verir.

Saxtalaşdırılmış erməni tarixi gənc ermənilərin şovinist ruhunda böyüməsinə zəmin yaratmaq üçün dövlət siyasəti səviyyəsinə qaldırılır. Böyük humanist ideallara xidmət edən Azərbaycan ədəbiyyatı və mədəniyyəti ruhunda tərbiyə olunmuş yeni nəslimiz ekstremist erməni ideologiyasının təqiblərinə məruz qalır.

Ermənilərin Sovet rejimindən bəhrələnərək həyata keçirdikləri və 80-cı illərin ortalarında daha da güclənən anti-azərbaycan təbliğatına Azərbaycan Respublikasının rəhbərliyi vaxtında lazımi qiymət vermədi.

1988-ci ildən ortaya atılan qondarma Dağlıq Qarabağ konfliktinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulmasına da respublikada düzgün siyasi qiymət verilmədi. Azərbaycanın Dağlıq Qarabağ Muxtar vilayətinin Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında ermənilərin qanunsuz qərarını və Moskvanın əslində bu vilayəti Xüsusi İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın tabeliyindən çıxarmasını xalqımız ciddi narazılıqla qarşıladı və mühüm siyasi aksiyalara əl atmaq məcburiyyəti qarşısında qaldı. Məhz elə bunun nəticəsi olaraq 1990-cı ilin yanvar ayında getdikcə güclənən xalq hərəkatını boğmaq məqsədilə Bakıya qoşunlar yeridildi, yüzlərlə azərbaycanlı məhv və şikəst edildi, yaralandı, digər fiziki təzyiqlərə məruz qoyuldu.











1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə yeksan edilməsi ilə qurtardı. 
Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı qəsbkar hərəkətin nəticəsi olaraq bu gün bir milyondan artıq soydaşımız erməni qəsbkarları tərəfindən öz doğma yurd-yuvalarından didərgin salınmış, çətin şəraitdə yaşamağa məhkum edilmişdir. Ərazimizin 20 faizinin erməni silahlı qüvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid olmuş, xəsarət almışdır.



Bu - erməni faşızminin yalnız bir əsrdə törətdiyi qisa icmaldır...

Allahım, Qarabağın azadlığını tezləşdir! 







                   









                                      





                                     Tariximizi unutmayaq!!!




воскресенье, 30 марта 2014 г.

Modul 9


 Yeni gündə hamınızı xoş gördük))))))))))))


 Bu gün XXI əsr bilik və bacarıqlarının mənimsənilməsi haqqında söhbətlər apardıq. Yüksək səviyyəli düşüncə bacarıqlarını qiymətləndirmək üçün istifadə olunan rubrikalar, qiymət cədvəlləri və yoxlama cədvəllərinin istifadə yolları ilə tanış olduq. Maraqlı məlumatlarla zəngin olan bu moduldan gələcək dərslərimizdə də istifadə etmək imkanı çox yüksəkdir. Şagird blokuna nəzər yetirərək əlavələrimizi  etdik.
   Qiymətləndirmə növlərini seçmək və bunların harada ən faydalı olduğuna aid plan qurmaq işini şagirdlərimizin ehtiyac və uğurlarına nəzarət etmək işini planlaşdırdıq. Gələcək işlərimizdə bu bizə çox kömək edəcək.    





   Artıq vaxtımız bitdi ))))))))) Bu günlük bu qədər sabaha qədər)))))))))

пятница, 28 марта 2014 г.

Modul 8





    Salamlar )))))))) Bu  8 -ci təlim günümüzdə xoş gördük hamınızı))))))))))))))))))


Şagird layihəsinin  nümunələrinə baxaraq müzakirələr apardıq . Şagird işini planlaşdırıb hazırladıq. Layihə planı üzərində dəyişikliklər etdik. Həmçinin    www.funny.pho.to www.viptalisman.com saytları ilə tanış olduq.








                   Vaxtımız bitdiiiiiiii))))))))))))) Hələlik))))))))))))))))


четверг, 27 марта 2014 г.

Modul 7









 Yeni günümüzde hamınızı xoş gördük !!!!!!! Ümid edirəm bu mahnını dinlədikdən sonra əhvalınız yüksəldiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii))))))))))






Biz bu gün veb 2 alətlərindən olan ünsiyyət üçün istifadə etdiyimiz skype, whatsapp və s. haqqında danışdıq. Bundan başqa refleksiya etdik.  








Bobrdobr.com internet saytından qeydiyyatdan keçdik və əlfəcin yaradaraq 
yerləşdirdiyimiz materialları bir - birimizlə paylaşdıq.Layihə planımızı yenilədik. 













 Bu günlük bu qədər)))))))))) Sabaha  qədər hələlik))))))))








среда, 26 марта 2014 г.

Modul 6



  Günün ikinci yarısında biz  modulda biz şagirdlərin ehtiyaclarını qiymətləndirmək üçün təqdimatınızın nümayişindən  sonra  Layihə üzrə iş zamanı şagirdlərinizdə XXI əsr vətəndaşının yüksək səviyyəli düşüncə vərdişlərinin  və bacarıqlarının inkişafını necə təşkil etmək barədə müzakirə apardıq. Daha sonra şagirdlərin əməkdaşlığı və ünsiyyəti məqsədləri üçün İnternet əsaslı interaktiv resursları öyrəndik. Eləcə də biz, iştirakçıların tədqiqatları ilə bağlı olan İnternet  mənbələrinin effektiv yerləşdirilmə və qiymətləndirilmə üsullarını nəzərdən keçirtdik. Müəlliflik hüququ və bu Veb saytların qanuni istifadəsini araşdırdıqdan sonra dərsdə İnternetdən istifadənin yollarını planlaşdırdıq.
  Bu günlük bu qədər sabaha kimi ))))))))))))))))))))))




                                 Keçirik Modul 7 yə))))))))))))))